"Youtube"dan qazandığı pulla 6 milyonluq villa aldı - fotolar

"Youtube"dan qazandığı pulla 6 milyonluq villa aldı - fotolar
5433 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən böyük video portal olan “Youtube” milyonlarla dollar gəlir mənbəyi olan yeni bir peşənin yaranmasına səbəb olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kanal vasitəsilə reklam və izləyici sayı hesabına xeyli miqdarda pul qazanmaq mümkündür. 20 yaşlı amerikalı “Youtube”çu Ceyk Paul da milyonçular sırasındadır.

Ceyk “Youtube”da paylaşdığı videolar sayəsində qazandığı milyonlar hesabına özünə malikanə alıb. Kanalının 12 milyon abunəçisi olan gənc amerikalı yeni malikanəsi üçün 6,9 milyon dollar ödəyib. Evin 8 yataq otağı, 10 hamamı, spa və hovuzu var.