20 il əvvəlki kök halı təəccübləndirdi - fotolar

20 il əvvəlki kök halı təəccübləndirdi - fotolar
7418 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli model Tülin Şahinin 20 il öncə çəkilmiş fotoları yayılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda 0 bədən ölçüsündə olan Tülinin illər əvvəl necə kök olduğu gözdən yayınmayıb.

65-70 kiloqram olan model podiumdan uzaqlaşmaq təhlükəsi ilə üz-üzə qaldıqda 27 kiloqram birdən verib.

O, bunun üçün nələrdən keçdiyini sevənləri ilə bölüşüb:

- Hər gün mütləq idman etməyə çalışın. Laqeyd yanaşmayın.

- Tərəvəz, meyvə və ağ ətə üstünlük verin. Qırmızı əti isə həftədə iki dəfə olmaqla idmandan sonra yeyin.

- Duz və şirniyyatdan istifadə edərkən ehtiyatlı olun.

- Səhər və günorta yeməyinizi zənginləşdirin, amma axşam yeməyini yüngülləşdirin.

- Əgər gündə yalnız 3 dəfə qidalanırsınızsa, tezliklə bu vərdişdən imtina edin. Çünki ara yeməklərdən də mütləq şəkildə istifadə etmək lazımdır.

- Əgər 3-5 kiloqram artıq çəkinizin olduğunu hiss edirsinizsə,  o zaman nisbətən tünd rəngli geyimlər geyinməklə ideal bədən görünüşünə sahib ola bilərsiniz.