Mikayıl Mirzənin 70 illik yubileyi - fotolar

Mikayıl Mirzənin 70 illik yubileyi -  fotolar
989 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrında xalq artisti MikayılMirzənin 70 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təşkil olunan tədbirdə Mikayıl Mirzənin Teatr Muzeyinin arxivində saxlanılan fotolarından ibarət sərgi təqdim
olunub.

Gecədə tədbirin aparıcısı Rəfael Hüseynov sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Əməkdar rəssam Rais Rəsulzadə Mikayıl Mirzəni teatr sənətimizin əvəzedilməz aktyoru, böyük sənətkarı kimi dəyərləndirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, xalq artistləri Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Ramiz Həsənoğlu Mikayıl Mirzə ilə bağlı xatirələrini danışıb, onun yaratdığı
rollardan söz açıblar.

Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.