Çinarə bu konsertlərindən yüksək qonorar alıb - fotolar

Çinarə bu konsertlərindən yüksək qonorar alıb -  fotolar
2985 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial şəbəkədəki ifaları ilə tanınan Çinarə Məlikzadə Türkiyədə yenidən hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, gənc müğənni qonşu ölkədə üç konsert proqramı ilə çıxış edib.

Çinarə İstanbulda iki, Ankarada isə bir məkanda çıxış edərək pərəstişkarlarını sevindirib. O, təxminən 3 saat canlı ifa ilə izləyiciləri əyləndirib. İfaçı repertuarına Azərbaycan və Türkiyənin məşhur bəstəkarlarının əsərlərini daxil edib.
 
Qeyd edək ki, Məlikzadə sözügedən konsertlərdən böyük məbləğdə qonorar əldə edib.
 
Xatırladaq ki, Çinarə bir müddət əvvəl Türkiyədə daha bir layihəyə imza atıb. Belə ki, sənətçi sözləri Rəşad Əmirov, musiqisi Ramal İsrafilova məxsus “Vurulmuşam” mahnısını türkiyəli müğənni Mustafa Ceceli ilə duet oxuyub. Həmin ifa Cecelinin “Simsiyah” albomunda yer alıb.