Alim Qasımov: “İndiki gənclər kimi fikirləşə bilmərəm”

Alim Qasımov: “İndiki gənclər kimi fikirləşə bilmərəm”
814 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Alim Qasımov gənclərə dəstək olmasının səbəblərindən danışıb.

Axşam.az-a açıqlamasında sənətkar bildirib ki, müasir fikirli insanlarla hər zaman razılaşır: “ Başa düşürəm ki, indiki gənclər kimi fikirləşə bilmərəm. Mən pis qəbul etdiyimə onlar yaxşı deyə bilər. Bu səbəbdən də hər zaman onların da fikrini öyrənmək və dəstək olmaq lazımdır. Bunu nəzərə aldığım üçün gənclər məni yeni layihələrə dəvət edəndə biganə qalmıram”.

Alim Qasımov qalmaqalla sənətə gələn insanlara da ismarıc göndərib: “Əsl müğənni hər zaman öz sənəti ilə yaşamalıdır. Yalnız bu halda bütün çətinliklərin öhdəsindən gələ bilər”.

Çinarə