Dünyanın ən qeyri-adi karnavalı başladı - maraqlı fotolar

Dünyanın ən qeyri-adi karnavalı başladı - maraqlı fotolar
4076 dəfə oxunub
  • A-
  • A
  • A+
Makedoniyada 400 illik tarixi olan "Vençani" festivalı başlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Vençani kəndinin camaatı, eyni zamanda onlara qoşulan digər insanlar müxtəlif qorxunc maskalar geyinərək yürüş keçirirlər.

Karnavalda müxtəlif maska və kostyumların köməyi ilə ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirilir.

Yürüşdə xüsusilə ABŞ prezindeti Donald Tramp, ərəb şeyxlərin və eyni zamanda Makedoniya və Yunanıstan arasında baş verən hadisələri əks etdirən maska və kostyumlar seçilib.

İki gün davam edəcək karnaval sabah maskaların yandırılması ilə sona çatacaq.