Moskvada Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Moskvada Qara Qarayevin 100 illik yubileyi keçiriləcək
909 dəfə oxunub
  • A-
  • A
  • A+
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə fevralın 1-də Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında konsert keçiriləcək.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, konsert Rusiya və Azərbaycanın mədəniyyət nazirlikləri tərəfindən təşkil ediləcək.

İki hissədən ibarət olacaq konsertdə incəsənətşünas Rauf Fərhadov aparıcılıq edəcək.

Konsert gecəsində qonaqlara Q.Qarayevin bir neçə əsəri, o cümlədən fortepiano üçün məşhur prelüdiyalar və "Yeddi gözəl" baletindən seçmələr təqdim ediləcək. Musiqiləri Yelena Reviç (skripka), Olqa Domnina (fortepiano) və Yevgeni Astafurov (bariton) ifa edəcəklər.