Şou-biznesdə endirim kampaniyası – onlar da qiymətləri ucuzlaşdırdı

Şou-biznesdə endirim kampaniyası –  onlar da qiymətləri ucuzlaşdırdı
2559 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva toy qiymətinə endirim kampaniyasına başlayıb.

Axşam.az-ın məlumatına görə, toy biznesinin zəifləməsi tək Xatunun yox, digər məşhurların da bu cür addım atmasına səbəb olub.

Xına mərasimlərinin təşkili ilə məşğul olan aktrisa Xuraman Əlizadə də bənzər elan yayıb. O, bildirib ki, sahibi olduğu xına evində endirimlər edib. Aktrisa özünün aparıcılıq etməsi və dekorunu şirkəti tərəfindən düzəldilməsi üçün 750-850 manat istəyir. Aktrisa bildirib ki, bu qiymətə rəqs qrupu və bir çox xidmətlər daxildir.

Əməkdar artist Tünzalə Əliyeva da xına mərasimlərinin təşkili ilə məşğul olan biznesə sahibdir. Bu günlərdə aktrisa da elan verərək qiymətlərə endirim olunduğunu bildirib. T.Əliyeva bildirib ki, toyun içərisində xına etmək cəmi 200 manatadır.