Van Dammdan Tolqahana film təklifi

Van Dammdan Tolqahana film təklifi
1314 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Tolqahan Sayışmana “Beyaz Show”da tanış olduğu dünya şöhrətli aktyor Jan-Kloud Van Dammdan film təklifi alıb.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hollivud ulduzu Sayışmanın e-mail ünvanına məktub yollayaraq “Yeni filmimizdə size görmək istəyirik, qəbul edərsiniz?”, - deyə soruşub. Tolqahan isə təklifə “Sevə-sevə” cavabını verib.

Qeyd edək ki, Beyazit Öztürkün verilişində tanış olan Tolqahanla Van Damm bir-birlərinə əlaqə ünvanlarını vermiş və verilişdən sonra da münasibətlərini qoruyub saxlayıblar.