İtaliyada "Fikrini dəyişmək normaldır" adlı sərgi açılıb

İtaliyada "Fikrini dəyişmək normaldır" adlı sərgi açılıb
1454 dəfə oxunub
  • A-
  • A
  • A+
Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgi açılıb.

Axşam.az xəbər verir ki, martın 18-dək davam edəcək və “İyirmi bir rus baxışı” devizi altında keçirilən sərginin kuratorları Lorenso Balbi və Suad Qarayeva-Malekidir. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafın əsərləri nümayiş olunur.

İtaliyanın "Koryere di Bolonya" qəzetində Pyero Di Domenikonun sərgi haqqında təəssüratları dərc olunub. Yazıda qeyd edilir ki, XX əsrin 90-cı illərinin əvvəllərində rus avanqard janrında geniş yayılmış və "Mamboda inqilab" adlı sərginin əsərlərində aşkar hiss olunan hüquq bərabərliyinə olan güclü meyl yüz il sonra sadəcə boğulmuş səs kimi görünür. Qırx altı yaşlı Yelena Kovılinanın əsərlərindən birini anladan “Egalite” adlı sənədli filmdə göstərildiyi kimi, fərqli yaşlara, irqlərə və peşələrə aid kişi və qadınlar bir sıraya düzülüblər, onların boy fərqi isə ayaqları qeyri-bərabər uzunluqda kəsilmiş kətillərlə kompensasiya olunub. Məhz kətillərin ayaqları sayəsində həmin kişi və qadınların başları ideal bərabərlikdə sıralanıb ki, bu da aldadıcı xarakterə malikdir. Sanki Moskvada və onun ətrafında yağış ancaq sınmış kətillərə yağır. Bu kadr ilə Via Saraqossa 228/230 ünvanındakı “Qızılgüllər küçəsi” (Nyu-York şəhərində dəbli qadın geyimləri və bahalı restoranlar olan məşhur küçə) adlı məşhur cərəyanın əsasını qoyan müasir rus incəsənətinə həsr olunmuş ekspozisiya açılır.

Müəllif bildirir ki, sərgi keçmişlə hesablaşmaq, eləcə də Bolonya Muzeyləri Birliyinin prezidenti Roberto Qrandinin dediyi kimi, “əslində az məlumatlı olduğumuz mədəniyyət sahəsindəki fəallığı qiymətləndirmək” üçün “inqilab”ı gedib görmək lazımdır”. XVII əsrə aid olan və istirahət üçün nəzərdə tutulmuş binanın iki mərtəbəsində rəsm əsərləri, fotoşəkillər, heykəllər və s. nümayiş olunur.

Yazıda Londonda yaşamış azərbaycanlı kurator Suad Qarayeva-Malekinin sərgi haqqında fikirlərinə yer verilir:

“Birinci mərtəbədə rəssamların onları əhatə edən reallığa dair düşüncələrinin məhsulu olan əsərlər təqdim olunur ki, bunlar da çox vaxt fərqli şəkildə işlənmiş nostalgiya motivlərini özlərində birləşdirirlər. İkinci mərtəbədə hadisələrin gələcəkdə mümkün inkişafını əks etdirən əsərlər nümayiş olunur”.