Zaur müğənniləri biabır etdi: "Pulla saxta bəyəni alırlar"

Zaur müğənniləri biabır etdi:  "Pulla saxta bəyəni alırlar"
4071 dəfə oxunub
  • A-
  • A
  • A+
"5/5" verilişində müğənnilər Manaf Ağayevlə Əflatun Qubadov arasında yarış keçirilib. Ən çox səs toplayan müğənni proqramın qonağı olacaq.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal sənətçilərin sirrini açıb. O bidlirib ki, müğənnilər İnstaqramda keçirilən yarışma üçün saxta səs alırlar:

"İnstaqramda baxıram ki, saxta profillər çoxdur. Elə sistemə keçiblər ki, başım çıxmır. Baxıram ki, ancaq xarici profillərdən şərhlər yazdırırlar. Pul verib xaricdən səslər alırlar. Onu kimin etdiyini deməyəcəm. Özünüz baxsanız, görəcəksiniz. Texniki şöbə bununla maraqlandı və məlum oldu ki, pulla alınan səslərdi. Biz ancaq Azərbaycan adında olan profillərin səsini hesablayacağıq. Bu bir oyundu, boş-boş pul xərcləməyin. Özlərinə sığışdırmaq istəmirlər uduzmağı".