Əlil aktyorlar səhnəyə çıxdı

Əlil aktyorlar səhnəyə çıxdı
1197 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk inklüziv teatrı - “ƏSA”nın çoxdandır gözlənilən “Adamlar və siçanlar - 2” tamaşası nümayiş olunub.

Axşam.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl səhnəyə çıxan teatrın bədii rəhbəri Nihad Qulamzadə səhnə əsəri barədə məlumat verib. Bildirib ki, amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında səhnələşdirilən tamaşa insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. İlk nümayişdən sonra rəğbətlə qarşılanan tamaşa bu dəfə tamaşaçıların görüşünə fərqli quruluşda gəlir.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, multimedia tərtibatçısı Eltaj Zeynalov, surdo (işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Riad Sultanov, Sənan Fərzəliyev, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Patti Smith canlandırıblar.

Tamaşa, həmçinin nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümə olunub.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.