Bakıda 21 yaşlı model faciəvi şəkildə öldü

Bakıda 21 yaşlı model faciəvi şəkildə öldü
2525 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda gənc qız dəm qazından boğulub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.