Elnur və Fidan “Say hallelujah”a təqdimat etdi - fotolar

Elnur və Fidan “Say hallelujah”a təqdimat etdi -  fotolar
2882 dəfə oxunub
  • A-
  • A
  • A+

“O səs Türkiyə” yarışmasının qalibi olan Elnur Hüseynov gənc ifaçı Fidan Hüseynova ilə duet oxuyub.

Axşam.az-ın məlumatına görə, “Say hallelujah” adlanan mahnıya klip də çəkilib. Bəstənin sözləri şair Calal Qurbanov, musiqisi Elnur Hüseynova məxsudur.

Elnur və Fidan klipinə təqdimat edib. Təqdimat mərasimində media nümayəndələri, müğənnilər, sənət adamları iştirak ediblər.

Aparıcı Ranar Musayev ekran işi ilə bağlı məlumat verib. O bildirib ki, mahnı təkcə Azərbaycan tamaşaçısı üçün nəzərdə tutulmayıb, bütün dünyaya bir mesaj çatdırmaq məqsədilə hazırlanıb:

“Bu, iki azərbaycanlının dünyaya, dünyanı idarə edən qüvvələrə göndərdiyi mesajdır. Bununla dünyadan yalnız haqq-ədalət və əmin-amanlıq istənilir”.

Ranar vurğulayıb ki, mahnı əvvəlcə Azərbaycan dilinə yazılsa da, sonradan inbilis dilinə tərcümə olunub. “Körpələrin səsi”ni daha əvvəl xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov səsləndirib.

Elnur bildirib ki, Fidanla duet onun yeni layihəsinin başlanğıcıdır:

“Bütün müğənnilərlə duet oxumaq istəyirəm. Buna Fidanla başlayıram. Bütün telekanallarda deyirlər ki, müğənnilər bir-birini qırır. Mən də hamıya duet təklif edib, mehriban olduğumuzu göstərmək istəyirəm”.

Daha sonra əməkdar artist Mehriban Zəki “Körpələrin səsi” şeirini səsləndirib.

Qeyd edək ki, mahnını ingilis dilinə "Söz" ədəbi layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə tərcümə edib. Klipin rejissorluğu Ülviyyə Könülə həvalə olunub.