Yağış hələ iki gün də yağacaq

Yağış hələ iki gün də yağacaq
653 dəfə oxunub
  • A-
  • A
  • A+
"Növbət iki gündə ölkə ərazisində hava şəraitinin əsasən mülayim və yağmursuz keçəcəyi gözlənilir".

Axşam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir: "Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var".

Paytaxda müşahidə olunacaq hava şəraitinə gəlincə mütəxəssis bildirib ki, mart ayının 13-14-də Bakı şəhərində fasilələrlə, arabir çiskinli yağış yağacaq: "Növbəti iki gündə mülayim cənub-şərq küləyi əsəcək".