Elnurdan “Eurovision”a etiraz: “Öz mahnılarımızı yazaq”

Elnurdan “Eurovision”a etiraz:  “Öz mahnılarımızı yazaq”
805 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkəmizi “Eurovision” yarışmasında iki dəfə təmsil edən Elnur Hüseynov mahnı seçimi ilə bağlı etiraz edib.

Axşam.az-ın məlumatıbna görə, müğənni müsabiqə üçün əcnəbi bəstəkarlara müraciət olunmasını qınayıb.

O bildirib ki, yarışmaya öz bəstəkarlarımızın mahnıları göndərilməlidir:

“Bu sözü hər zaman demək istəyirdim. Vaxt gəldi ki, özümüz öz mahnılarımızı yazıb ölkəmizi təmsil etməliyik”.

Qeyd edək ki, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə "Eurovision"da Gövhər Həsənzadənin bəstələdiyi, sözlərini Zəhra Bədəlbəylinin yazdığı "Day After Day" mahnısını səsləndirib. Ondan sonra müsabiqə üçün əcnəbi bəstəkarlarla müraciət olunub.