Gözəllik standartlarını dəyişdirən model - fotolar

Gözəllik standartlarını dəyişdirən model - fotolar
2479 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən qeyri-adi görünüşünə malik modeli Vinni Harlou "Elle" jurnalının may buraxılışı üçün kameralar qarşısına keçib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, dərginin üz qabığına çəkilən 23 yaşlı model eyni zamanda verdiyi müsahibəsi ilə heyran edib.

O, vitiliqo (dəri peqmentinin pozulması) xəstəliyi üzündən dərisində yaranmış ağ rəngləri heç vaxt örtmək istəmədiyini bildirib. Əksinə, Vinni bu görünüşü ilə gözəllik standartlarını dəyişdirdiyini bildirib.

Qeyd edək ki, uşaqlıqdan model olmaq arzusunda olan Vinnini vitiliqo xəstəliyinə görə məktəbdə inək, zebra və s. sözlər deyərək təhqir ediblər. Lakin o, heç nəyə fikir verməyərək istəyinə nail olub. Belə ki, “Top model Amerika” layihəsinə qatılan Harlou qalib gəlib və indiyənədək ən gözəl bədən quruluşuna malik model sayılır.