Emili yenə iddialı fotolar paylaşdı

Emili yenə iddialı fotolar paylaşdı
2027 dəfə oxunub
  • A-
  • A
  • A+

Yenicə ərə gedən model Emili Ratajkovski bal ayına yollanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl həyat yoldaşı, prodüser Sebastyan Bir-Makklardla ABŞ-ın Yuta ştatına gedən Emili indi də Yamaykada dincəlir.

27 yaşlı model istirahətdə olan fotolarını tez-tez hesabında yerləşdirir.

Onun ərə gedəndən sonra daha çox açıq-saçıq şəkillər paylaşması sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Xatırladaq ki, Emili 30 yaşlı Bir-Makklardla bu ilin fevralında ailə qurub. O, evliliyi haqda xəbəri sosial şəbəkədə toy fotoları paylaşaq verib.