"Bu, məni heç maraqlandırmır..." - Afaq+fotolar

"Bu, məni heç maraqlandırmır..." -  Afaq+fotolar
5196 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Afaq Gəncəli son günlər xeyli çəki atması ilə diqqət çəkib.

Axşam.az-ın fotokamerası qarşısına keçən aparıcı bildirib ki, ciddi pəhriz saxlayır:

“Heç nə yemirəm, idman da etmirəm. Məşq etməyə icazə yoxdur. Deyirlər tamamilə arıqla, sonra idmana başla”.

Bir müddət əvvəl saçlarını qara rəngə boyayan Gəncəli yenidən köhnə imicinə qayıtmasının səbəbini açıqlayıb:

“Əsl Afaq budur. Hər zaman sarı saçda olmuşam. Qara saçda özüm ola bilmirdim”.

Afaq yeni rol aldığı “Məşhur gəlin” filmindən də danışıb. O deyib ki, ekran işinin tamaşaçılar tərəfindən sevilib-sevilməməsi ilə maraqlanmır:

“Bilmirəm sevildi, yoxsa sevilmədi. Bu da məni heç maraqlandırmır. Cavid Gül (Filmin ideya müəllifi - red) dostumdur, təklif etdi və mən də istəyini yerinə yetirdim. Mən aktrisa deyiləm, aparıcıyam”.

A.Gəncəli daha sonra yeni bir verilişlə tamaşaçıların qarşısına çıxacağını söyləyib:

“Şou xarakterli böyük bir layihədir. Hazırda onun üzərində işləyirik".

Foto: Ramin ASLANOV