"İlhamə Quliyeva dedi ki, qoyma..." Nüşabə Tunar qalmaqalı haqda

"İlhamə Quliyeva dedi ki, qoyma..." Nüşabə Tunar qalmaqalı haqda
9684 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Tunar Rəhmanoğlu arasındakı qalmaqal səngimək bilmir.

Axşam.az-ın məlumatına görə, T.Rəhmanoğlu "5/5" verilişinə zəng edərək məsələ ilə bağlı açıqlama verib. O, Ələsgərlinin oğlunun kiçik toyunda çəkilən videonu qəsdən özünün yayması iddialarını rəd edib:

"Video mənim telefonumda da var, amma onu mən yaymamışam. Necə yayıldığından da xəbərsizəm. Bizim ailə həmin toya dəvət olunmamışdı. İbrahim Tatlısəs Bakıya gələndə atam da, mən də onun yanında oluruq. O da məni həmişə səhnəyə çıxardıb. Özü də deyir ki, Tunar demir, məni səhnəyə çıxart. Məclisdə də mənim oxumağımı istədi. Dedilər ki, niyə Tunar oxuyur? Amma mənim çıxışım heç 5 dəqiqə çəkmədi. Orada mənim 26 yaşım var idi. 10-12 keçib. Bizimkilərin etdiyinə hərəkətə görə pis oldum və mikrofonu verib getdim".
 
Daha sonra N.Ələsgərli efirə zəng vuraraq hadisədən danışıb. O, videoda mərhum xalq artisti İlhamə Quliyevanın da etiraz etməsinə münasibət bildirib:

"İlhamə xanım mənə dedi ki, toy ərəfəsində bu nədir edirlər. Bir nəfər ayır nəzarət etsin, özbaşınalıq olmasın, qoyma. Çünki İbrahimi qoymurlar oxusun. İbrahimin oxumağında fasilələr yaranırdı. Ora pul töküb-tökməməyimin Tunara dəxli yox idi. Tunar oxuyur oxusun. Kim oxusaydı elə olacaqdı".