Azərbaycanda yeni nazirlər - Fotolar

Azərbaycanda yeni nazirlər - Fotolar
8943 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Axşam.az-ın məlumatına görə, aşağıdakı şəxslər ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib:

Ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

Təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;



Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;



Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;



Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov.



21 apreldə verilən sərəncamda isə aşağıdakı şəxslər nazir vəzifəsinə təyin olunub:

Əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;



Kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;



Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev.