Qadının başına it düşdü, beyni silkələndi - Video

Qadının başına it düşdü, beyni silkələndi - Video
2145 dəfə oxunub
  • A-
  • A
  • A+
Çin sakini gözlənilməz bədbəxt hadisə ilə üzləşib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Quançjou əyalətində yaşanıb. İki qadın binanın girişinə yaxınlaşarkən qəflətən yuxarıdan it düşüb. Qadınlardan birinin başına düşən it daha sonra müvazinətini düzəldərək qaçıb.

Ancaq üzərinə it düşən qadın ağır kəllə-beyin və boyun əzələlərinin travması aldığından huşunu itirir. Dərhal xəstəxanaya çatdırılan şəxs həkimlərin müşahidəsi altındadır. Polis bəzi detalları öyrənmək üçün itin sahibini axtarır.