Birinə əlini çəkdirdi, o birini yola saldırdı - Video

Birinə əlini çəkdirdi, o birini yola saldırdı -  Video
4671 dəfə oxunub
  • A-
  • A
  • A+

“Maşın” realiti-şousunun ötən gün yayımlanan buraxılışında baş verənlər sosial şəbəkələrdə müzakirə edilib.

Axşam.az-ın məlumatına görə, gecə boyunca müğənni Roza Zərgərlinin bütün iştirakçıları idarə etməsi, hiylə qurması tənqidlərə səbəb olub. Hər kəs iştirakçılar bloqqer Hüseyn Əzizoğlu və reper Uranın qadın tərəfindən idarə edilməsini ələ salıb.

Ötən gün isə R.Zərgərli Pərvin Abıyeva və Aytən Səfərovaya “Kim mənim yerimə əlini götürüb gedə bilər? Mənə dostluğunuzu sübut edin” sözlərini deyib.

Daha sonra isə Pərvin getmək istədiyini bildirib, Roza isə ona təkidlə “Əlini çək və get, sənə verdiyim sözü edəcəm” deyə bildirib. Nəticədə Pərvin əlini çəkib. Sonra isə məlum olub ki, Roza, Hüseyn, Uran və Pərvin plan qurub. Pərvin əlini çəkdidiyi təqdirdə, Aytəni oyundan uzaqlaşdıracaqlarını bildiriblər. P.Abıyeva da A.Səfərova finala qalmasın deyə, belə bir addım atıb.