Müğənni Zamiq Hüseynov "Varmı" mahnısına çəkdirdiyi klipini izləyicilərinin ixtiyarına verib.

Axşam.az-ın məlumatına görə, ekran işi sənətçinin "Youtube" kanalında yerləçdirilib.

Zamiq klipdə bir neçə obrazda, qızların əhatəsində görünüb. İfaçı obrazı üzərində özü çalışıb. O bildirib ki, ilk dəfə stilistlik edib:

“Geyimlərin seçimləri ilə özüm məşğul olmuşam. Həm rəqqasələr, həm də özümün geyimlərimin stil seçimi mənə məxsusdur. Bu o demək deyil ki, kiminsə işini bəyənmirəm, etibar etmirəm”. 

Ekran işinin rejissoru Fərhad Əlidir. Mahnının musiqisi və sözləri İsmayıl Əsədova, aranjimanı isə Tural Əliyevə məxsusdur.

Z.Hüseynovun klipdəki obrazı ətrafında səs-küy yaranıb. Belə ki, o, dünya ulduzu Dua Lipanın “İdgaf” klipindən oğurluq edib. Hər iki klipdə ifaçılar göy kostyumda kamera qarşısına keçiblər. Z. Hüseynov oğurluq ittihamlarına belə cavab verib:

“Dua Lipanın klipi çox xoşuma gəlib.  Amma deməzdim ki, hər şeyi oradan götürmüşük. Bizim qurduğumuz məkana və avtomobilə bu geyim modeli uyğun gəlirdi. Paltarlar fərqli kəsimdə hazırlanıb. Məkanlarımız da tamam fərqlidir. Tək bənzərlik geyimlərin rəngi ola bilər”.





                   

Digər Xəbərlər