Castin Biber məşhur aktyorun qardaşı qızı ilə nişanlandı

Castin Biber məşhur aktyorun qardaşı qızı ilə nişanlandı
1362 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur kanadalı müğənni Castin Biber amerikalı model və aparıcı Heyli Bolduinlə nişanlanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Heyli Alek Bolduinin balaca qardaşı Stivenin qızıdır.

O, 2017-ci ildə "Maxim" dərgisinin "Dünyanın ən gözəl qadını" siyahısında yer alıb. Həmin ildə model "FN Achievement Awards" gecəsində "Dünyanın ən stilni qızı" titulunu alıb.

Castin və nişanlısı 2015-2016-cı illərdə sevgili olublar. Bir müddət sonra cütlük ayrılıb, Biber müğənni son beş ildə dəfələrlə ayrılıb-barışdığı Selena Qomesə geri dönüb.

Castin Selena ilə ayrıldıqdan sonra iyunda Heyli ilə görüşməyə başlayıb. İyulun ilk günlərində isə cütlük Baham adalarındakı restoranlardan birində nişanlanıb.