Ona xəyanət edən əri ilə istirahətə getdi

Ona xəyanət edən əri ilə istirahətə getdi
1405 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Kibariyə həyat yoldaşı Ali Küçükbalçık və qızı ilə birgə istirahətə yollanıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, ifaçı marketə gedərkən kameraların hədəfinə tuş gəlib. Bodrumda şəxsi villasında dincələn müğənni ailə həyatında hər şeyin yaxşı olduğunu deyib:

“Xəyanəti gözlərimlə görməmişəm. Özüm gözlərimlə görsəm və ya siz nəyisə sübut etsəniz, o zaman bitər hər şey. Qumar xəbərlərinə fikrim də xətasız qul olmaz”.

Həyat yoldaşının borclarına görə, evinin aylıq ödənişini edə bilmədiyi xəbərlərinə isə Kibariyə belə cavab verib:

“Hazırda işləyirəm və çatışmayan hər şeyi alıram. Bəzi çətinliklər oldu amma hamısı keçib getdi. Mən və qızım xoşbəxtik. Heç vaxt bu cür xəbərlər üçün ailəmi dağıtmaram. Vacib olan səhvləri təkrarlamamaqdır”.