“Bozbash Pictures”in aktrisası vəfat etdi

“Bozbash Pictures”in  aktrisası vəfat etdi
6736 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bozbash Pictures”də “Təzəgül” obrazını canlandıran aktrisa Asya Abdullayeva vəfat edib.

Axşam.az-ın məlumatına görə, bu barədə aktyor İlkin Həsəni İnstaqram hesabında yazıb:

“Elə indilərdə aldığım məlumata görə, komandamızın sevimlisi, Şəminin Təzəgülü, ətrafa pozitivlik saçan nənəmiz Asya xanım dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə, övlad və nəvələrinə baş sağlığı diləyirəm”.

Qeyd edək ki, aktrisanın yas mərasimi İmişlidə keçiriləcək.