Qızardılmış dondurma necə hazırlanır?

Qızardılmış dondurma necə hazırlanır?
1671 dəfə oxunub
  • A-
  • A
  • A+

Yəqin ki, restoranlarda qızardılmış dondurmanın dadına baxmısınız. Bəs, Yapon məxbəxinə aid bu desert necə hazırlanır?

Axşam.az xarici mediaya istinadən qızardılmış dondurma desertinin reseptini təqdim edir:

Lazım olan ərzaqlar:

Dondurma
Suxari
Kakos əzilmişi
Yumurta 2 ədəd

Hazırlanması:

Əvvəlcə dondurmanı dondurucuya qoyuruq.Buz kimi olana qədər qalır. Sonra yumurtanı suxari və kakos əzilmışı ilə qarışdırırıq. Dondurmanı çıxardıb kəsirik. Etdiyimiz suxarili qarışığı dondurmanın hər yerinə vururuq. Daha sonra yenə dondurucuya qoyub yarım saata qədər gözləyirik.

Sonra sobaya qazan qoyuruq. Qızdıqdan sonra yağ tökürük. Yağ hazır olduqda dondurmalarımızı ora atırıq. Hər iki üzünü 20 saniyədən artıq olmamaq şərtilə yaxşı qızardırıq.