"Hələ də atamın qəbrini tapa bilmirəm" - Xalq artisti

"Hələ də atamın qəbrini tapa bilmirəm" -  Xalq artisti
1918 dəfə oxunub
  • A-
  • A
  • A+

“İtkilərim çox olub. Anamı, qardaşımı, bacımı, yoldaşımı itirmişəm. 21 yaşında atamı itirdim. İllərlə arzuladım ki, kaş atamın qəbrini tapardım. Tapa bilmədim”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Fatma Mahmudova deyib. “Sənətsevər” verilişinə qonaq olan aktrisa valideynlərinin məzarının yerini bilmədiyini söyləyib:

“İndi isə deyirəm ki, kaş anamın qəbrini tapardım. Onun ölümündən 10 gün sonra Ağdam işğal edildi. Ancaq səmti tanıyıram. Kaş Allah mənə ömür verərdi, gedib tapardım”.