Aktrisa Gökçe Bahadırın uzun müddətdir yeni eşq yaşadığı ortaya çıxıb.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa Göcekdə yunan iş adamı Yiannis Magkos ilə tanış olub.

Efe Duru ilə münasibətlərinə oktyabrda son qoyan Bahadır yeni həyata başlayıb. Son vaxtlar rol aldığı “Ufak Tefek Cinayetler” serialındakı obrazı ilə gündəmdən düşməyən aktrisa Yiannis Magkosla çox xoşbəxtdir. 

Cütlük iyulda qatıldıqları özəl bir partidə tanış olub. Həmin gündən sevgililər hər kəsdən gizli məkanlarda görüşür.



                   

Digər Xəbərlər