"Təranəni 3 ilədək həbs gözləyir" - Sonuncu məhkəmə olacaq

"Təranəni 3 ilədək həbs gözləyir" -  Sonuncu məhkəmə olacaq
3004 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nazəninlə Təranə Qumral arasındakı məhkəmə prosesi gələn həftə yekunlaşacaq.

Bu haqda Axşam.az-a açıqlamasında Nazəninin vəkili, “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev deyib. O bildirib ki, məhkəmə avqustun 21-də yekunlaşır:

"Artıq sonuncu məhkəmədir. Təranə Qumrala hakim cəza verəcək. Təranə Qumral açıq-aşkar üzr istəməkdən imtina edib. Hakim də cəzanı buna görə verməlidir. Onun etdiklərinə görə Cinayət Məcəlləsində həbs var. Amma ola bilsin ki, həbsdən əlavə alternativ cəzalar verilsin.

Təranə Qumrala hakim pul cəzası tədbiq edə bilər. Yəni qarşı tərəf 3-5 min manat arasında pul ödəməklə həbs olunmaya bilər. Həm qadındır, həm də azyaşlı uşağı var. Böyük ehtimal ki, cəza bu olacaq. Əkər hökm bu olsa, biz razılaşmayacağıq. Onu 3 ilə qədər həbs gözləyir. Bunun üçün də Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Biz onun pul cəzası ilə işdən xilas olması ilə razılaşmırıq".

Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.