Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə sentyabrın 20-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkil etdiyi Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.

Musiqili Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən xəbərə görə, açılış mərasimində nümayiş olunacaq əsər xalq artisti Afaq Bəşirqızının (Sənəm) və əməkdar artist Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.  

Sentyabrın 22-də “Arşın mal alan” (Ü.Hacıbəyli), 23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) nümayiş olunacaq.

Teatr kollektivi sentyabrın axırıncı həftəsonu - 28-də “Ər və arvad” (Ü.Hacıbəyli), 29-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 30-da “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.


                 

Digər Xəbərlər