Niyam Samir haqda danışmaq istəmədi

Niyam Samir haqda danışmaq istəmədi
1247 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Niyam Salami “5/5” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal Niyama müğənni Samir Piriyevlə bağlı suallar ünvanlayıb. Salami Bodrumda birlikdə restoran açdığı, sonra isə ayrıldığı Piriyev haqda danışmaq istəmədiyini söyləyib:

“Burada ticarət söhbəti olmaz. İstəmirəm bura baxanların kefi pozulsun. Səhv danışıramsa, desinlər. Mən dindar adamla yola çıxdım. Ondan başqa kimə inanardım? Yanımda namaz qılana inandım. Hər zaman deyirdim ki, namaz qılanlar məndən iki pillə qabaqdadır. Allah qarşısında səcdəyə gedir”.

Niyam Zaurun "Nə qədər pulunuz batdı" sualına "Deyə bilmərəm, lazım deyil. Örtülü qalsın" cavabını verib.

Qeyd edək ki, Samirlə Niyam Bodrumda restoran açıb birlikdə işlədirdilər. Sənətçilər arasında qalmaqal yaşanıb və restoranı bağlayıblar.