"Arifi sevmişəm, o da məni sevib" - “Bəyin oğurlanması”nın Gülbadamı

"Arifi sevmişəm, o da məni sevib" - “Bəyin oğurlanması”nın Gülbadamı
4052 dəfə oxunub
  • A-
  • A
  • A+
"Əməliyyatdan sonra danışığımda qüsur yarandı. Həkimlər deyir ki, danışığın yavaş-yavaş özü düzələcək. Ona görə də cəhd edib dəvət olunan çəkilişlərə getmirəm".

Axşam.az xəbər verir ki, bunu Milli.az-a müsahibəsi zamanı aktrisa Naibə Əlibəyova deyib. O, hazırda sənətlə məşğul olmadığını bildirib:

"Hal-hazırda ancaq canımı düşünürəm. İki nəvəm var, başım onlara qarışıb. Sənət dostlarımla, əzizlərimlə görüşüb ötən günləri yada salırıq. Bəzən kədərlənirik, bəzən də gülməkdən özümüzü saxlaya bilmirik".

“Bəyin oğurlanması” filmindəki Miriş və Gülbadamın “Salam-sağ-ol” səhnəsindən sonra daha çox yadda qalan Əlibəyova ekran işindən sonra xalq artisti Arif Quliyevlə sevgili olması iddiasına da toxunub:

"Sənət adamları haqqında həmişə şayiələr yayılır. Bunlar təbii şeylərdir. Kim kiminləsə filmdə sevgili olursa, onu o dəqiqə yozurlar ki, bunlar həyatda da sevgilidirlər. Bəli, Arifi sevmişəm, o da məni sevib. Amma bu sevgi dostluq, doğma insanın bir-birinə olan sevgisi idi. Bir-birimizi sevsəydik bunu heç gizlətməzdik".