Baş rolda oynadığı seriala baxıb ağladı - Fotolar

Baş rolda oynadığı seriala baxıb ağladı - Fotolar
2485 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Özge Özpirinçci sosial media hesabındakı paylaşımı ilə izləyicilərini kövrəldib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa baş rolda oynadığı "Qadın" serialına baxaraq ağladığı anları hesabında "Siz nə edirsiniz?" qeydi ilə yerləşdirib.

Fotonun altına Özpirinçcini sevənlər "Ciyərimizi sökdün, Özge. Ağlamaqdan gözlərimiz şişdi" şərhini yazıblar.

Qeyd edək ki, ekran işinin mövzusu həyatında iki övladının ağırlığını və sevgisini ürəyində çoşquyla daşıyan, kasıb olmalarına rəğmən onların üzlərinin gülməsi üçün əlindən gələni edən bir ananın - Baharın hekayəsidir. Bahar 8 yaşında anasını itirib. Daha sonra ata və nənəsi də dünyasını dəyişib. Tək qalan qız Sarp adlı oğlana dəlicəsinə aşiq olur. Xoşbəxt yaşayan cütlüyün 2 övladı dünyaya gəlir. Amma qəfildən Sarp da ölür. Onun isə keçmişdə olan borcları üzə çıxır və borcları ödəmək Baharın üstündə qalır. "Qadın" həyatda yaşamaq mübarizəsi aparanların həyat hekayəsini ekranda nümayiş edir.