Ukraynanın məşhur dizayneri Yelena Dats yeni kolleksiyasını təqdim edib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yaz-yay geyimlərinin yer aldığı nümayiş böyük marağa səbəb olub.
Bu barədə danışan modelyer libasların insanların əhval-ruhiyyəsinə təsir etdiyini söyləyib:
“Geyimi hazırlayanda düşünürəm ki, onun əsl həyatı sonra başlayacaq. Libasın öz sahibinə hansı əhval-ruhiyyə bəxş etməsi çox önəmlidir. Hər zaman istəmişəm ki, geyimlər həyatımızın boş hissəsini doldursun. Elə geyimlərini hazırlayarkən də bunu əsas götürdüm”.