“Ayb olsun, 15 il mənə dəstək olmadınız” – Kənan M.M.

“Ayb olsun, 15 il mənə dəstək olmadınız” –  Kənan M.M.
3472 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Şou news” verilişinin növbəti qonağı rejissor-aktyor Kənan M.M. olub.

Axşam.az-ın məlumatına görə, Türkiyənin məşhur "Savaşçı" serialına çəkilən Kənan bir çoxlarının onun uğuruna sevinmədiyini deyib:

“Təbrik edib, paylaşmayanlara təəcübləndim. Amma eyni zamanda da sevindim. Ona görə sevindim ki, nə yaxşı mən onlar kimi deyiləm və heç vaxt da olmayacam. Demək istəyirəm ki, ey məni bəyənməyənlər, mən indi, sizi bəyənməyənlərin yanındayam. İndi ad çəkmirəm. Paylaşanda bütün Azərbaycan biləcək. Amma ayıb olsun.

Orda məni Kənan M.M. kimi tanımırlar. Azərbaycanlı kimi tanıyırlar. Məni tanımayan türklərin mənə verdiyi dəstəyi 15 il məni burada tanıyan insanlardan üzücü halda deyirəm ki, görmədim. Bu məni üzdü, incidim. Qonorar isə burdakılardan yaxşıdır”.