"İstəyirəm ailəmin qadını, övladlarımın anası olum" - Aysel

"İstəyirəm ailəmin qadını, övladlarımın anası olum" -  Aysel
2379 dəfə oxunub
  • A-
  • A
  • A+

"Atam oğlan övladı arzulayırmış. Bacım məndən böyük olduğu üçün mənim oğlan olacağımı düşünüb. Hətta iki gün mənim üzümə baxmayıb".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Aysel Əlizadə deyib. “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli film bu dəfə ifaçıya həsr edilib. Aysel ailə qrumaq istədiyini, hətta sənətini ona qurban verəcəyini söyləyib:

"Hər şeydən vacib ailədir, övladdır, anadır. Gələcəyi düşünmək çox önəmlidir. Karyeranın ən pik, yüksək zirvəsində ola bilərsən. Amma bir gün aşağı düşürsən. Ailə isə daimidir.

Bir-iki günlük planlı şəkildə qurulan ailədən danışmıram. Həqiqi ailədən söhbət gedir. Bir xanım kimi ən böyük arzum odur ki, ailəmin qadını, övladlarımın anası olum. Qarşımda seçim olsa, ailəni üstün tutaram. Ailə daimi, sənət nankördür”. 

Aysel onu depressiyaya salan amillərdən danışıb:

"Özümə qapanan insanam. Əkizlər bürcünün sahibləri güldüyü zaman belə, içində pis hisslər keçirir. Qəlbim qırılsa da, içimdə yaşayıram.

Saçlarımda problem olsa, depressiya yaşayaram. Kökələndə pis oluram, heç yerə getmək istəmirəm. Bir də üzüm mənim üçün önəmlidir".

Anası