Xalq artisti Natiq Şirinov təyyarədə ölümlə üz-üzə gəlib.

Axşam.az-ın məlumatına görə, bu haqda nağara ifaçısı "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, Amerikaya uçan zaman təyyarə qəza vəziyyətinə düşüb:

"Təyyarədə böyük problem yarandı. Dedim, vəssalam, düşdük yerə. "Kəlmeyi şəhadət"imi deyirdim. Dəhşət qorxmuşdum. Ölümlə üz-üzə gəldim. Bizdən əvvəl İndoneziyada təyyarə partlamışdı, lap qorxduq. İnsanıq, nə qədər çox danışsaq da, can şirin şeydi, heç kim ölmək istəmir. Bundan sonra təyyarəyə minmək istəmirəm".


                 

Digər Xəbərlər