"Müflis oldum, evlərimi satdım" - Mənzurə

"Müflis oldum, evlərimi satdım" -  Mənzurə
1819 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mənzurə Musayeva müflis olduğunu söyləyib.

Axşam.az-ın məlumatına görə, sənətçi "5/5" verilişində bu haqda açıqlama verib. O, bir neçə evini satmaq məcburiyyətində qaldığını söyləyib.

Mənzurə aparıcı Zaur Kamalın "On evin var şəhərdə" sözlərinə belə cavab verib:

"Müflis olmuşam, hər şeyim gedib. Şəhərdə iki evim var. İki evimi isə satdım. Bir iş görürdüm, karyera qururdum, amma alınmadı. Evləri satdım ki, nəsə edim, olmadı".