Müğənni Murad Ariflə Günel Zeynalova bir araya gələrək duet səsləndiriblər.

Axşam.az-ın məlumatına görə, "Tufan" adlanan mahnıya ifaçılar klip də çəkdirib.

Bəstənin müəllifi Murad özüdür. Ekran işinin rejissorluğu isə Delee Orucluya həvalə edilib. Klip Qobustanda lentə alınıb.

Murad layihədən bəhs edərək, bir çox gizli məqamların yer aldığını açıqlayıb:

"Həm mahnının özündə, həm də klipdə bir çox gizli məqamlar var. Xüsusi ilə ekran işində simvolik məqamlar çoxluq təşkil edir. Masa üzərindəki saatdan tutmuş, alovlara qədər hər şeyin öz mənası var. Bu gün bəzi münasibətlərin bitməsində araya girənlər, söz aparıb-gətirənlər xüsusi ilə qeybət edən şəxslərin rolu böyükdür. Bu dost kimi ayrılıb, dost kimi qala bilməyənlərin mahnısıdır".



loading...


                 

Digər