Gənc Tamaşaçılar Teatrı Yeni ili “Qar kraliçası” ilə qarşılayacaq

Gənc Tamaşaçılar Teatrı Yeni ili “Qar kraliçası” ilə qarşılayacaq
379 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər il uşaqlar üçün rəngarəng bayram tamaşaları hazırlayan Gənc Tamaşaçılar Teatrı bu dəfə balacaların görüşünə H.K.Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanmış tamaşa ilə gələcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, əsl bayram və qış ovqatında olan səhnə əsərinin rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradovaya, plastik həll Ceyhun Dadaşova aiddir.

Tamaşada aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, İlqarə Tosova, Anar Seyfullayev, Vahid Orucoğlu, Aygün Fətullayeva, Xəyalə Meydanova, Ceyhun Məmmədov, Bəhram Həsənov, Qəmər Məmmədova, Zemfira Əbdülsəmədova, Dilarə Fərəcullayeva və başqaları rol alıblar.

Səhnə əsərindən əvvəl teatrın foyesində Şaxta baba və Qar qızın iştirakı ilə balacalar üçün Yeni il şənliyi nümayiş olunacaq. Tamaşanın biletlərinə uşaqlar üçün hədiyyələr də daxildir.