Ebru Gündəş fermasını 4 milyona satır

Ebru Gündəş fermasını 4 milyona satır
2121 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Ebru Gündəş fermasını satışa çıxarıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağ vilayətində yerləşən fermaya 4 milyon lirə (təxminən, 1.5 milyon AZN) qiymət qoyulub.

Müğənni "Güntaş" adlanan fermanı 2009-cu ildə qardaşı Çingiz Kumartaşıoğlu ilə birgə yaradıb. "Güntaş" adı da bacı-qardaşın adından götürülüb.

E. Gündəş firmadakı mal-qaranı dekabrın sonlarında 500 min lirəyə (təxminən, 200 min AZN) satmışdı.

Qeyd edək ki, dekabrın 17-də Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrab rüşvət və qaçaqmalçılıq iddiası ilə həbs olunub.