Acunun iclaslara gecikmə səbəbini bilsəniz, güləcəksiniz

Acunun iclaslara gecikmə səbəbini bilsəniz, güləcəksiniz
6251 dəfə oxunub
  • A-
  • A
  • A+
Şeyma Subaşıdan boşandıqdan sonra adı model İtır Esenlə hallanan aparıcı-prodüser Acun İlıcalı haqda maraqlı fakt ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acunun "playstation" həvəskarı olduğu bildirilir.

Məlumata görə, İlıcalı o qədər oyun aludəçisidir ki, hətta bu səbəbdən dəfələrlə iclaslara da gecikir. O, evinə qonaq gələnləri "playstation" oynamadan yola salmır.

Qeyd edək ki, Şeyma da müsahibələrindən birində qızı Melisanı dünyaya gətirdiyi gecə Acunla "playstation" oynayıb yuxuya getdiyi üçün əlaqə saxlaya bilmədiyini söyləmişdi.