Məşhur müğənni "Eurovision 2019"da Rusiyanı təmsil edəcək

Məşhur müğənni "Eurovision 2019"da Rusiyanı təmsil edəcək
1057 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il "Eurovision 2019"da Rusiyanı təmsil edəcək ifaçının adı açıqlanıb.

Axşam.az-ın məlumatına görə, bu missiya üçün 35 yaşlı müğənni Sergey Lazarev seçilib. İsraildə keçiriləcək yarışmada çıxış etmək üçün Lazarev artıq məşqlərə başlayıb.

İlk dəfə 2016-cı ildə Rusiyanı sözügedən yarışmada təmsil edən Sergey bunun üçün bütün konsert turlarını indidən müəyyənləşdirib. O, aprelin sonuna kimi bütün konsertlərini başa vuracaq.

Müğənni onu uğura aparacaq mahnı seçilməsini arzuladığını bildirib. 

Qeyd edək ki, "Eurovision 2019" mayın 14-dən 18-nə kimi İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək.