İşgüzar görüşə gedəndə bunlara mütləq diqqət edin

İşgüzar görüşə gedəndə bunlara mütləq diqqət edin
844 dəfə oxunub
  • A-
  • A
  • A+

İşgüzar görüşlərdə uğur qazanmaq üçün geyiminizə və davranışlarınıza xüsusən diqqət etməlisiniz.

Axşam.az xarici mediaya istinadən bu cür görüşlərdə əməl etməniz gərəkən amillər haqda məsləhət verir:

1. Çox şık və gözəçarpan geyimdə olmayın. Çalışın, sadə tərzdə geyinəsiniz;

2. Qədərindən artıq makiyaj və ətir istifadə etməyin;

3. Rəng və stil cəhətdən uyğun seçilməyən geyimlər geyinməyin;

4. Ayaqqabılarınız mütləq təmiz olmalıdır. Ayaqqabılar köhnə ola bilər, lakin təmizliyinə diqqət edin;

5. Yorğun və xoş təsir bağışlamayan üz ifadəsi göstərməyin. Çünki heç kim hər gün qarşısında belə birini görmək istəməz.