Bu evlilik cəmi 3 dəqiqə davam etdi

Bu evlilik cəmi 3 dəqiqə davam etdi
2128 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən qısa evliliyi Küveytdə baş verib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, qurulan ailənin bir neçə dəqiqədə bitməsinə səbəb bəyin kobudluğu olub.

Belə ki, gənc cütlük nikahları kəsilən binadan çıxarkən gəlin büdrüyib. Bu zaman bəy ona "səfeh" deyərək lağ edib və gülməyə başlayıb. Bundan qəzəblənən gəlin 3 dəqiqəlik ərindən boşanmaq qərarı verib. O, dərhal məhkəməyə müraciət edib və ayrılmaq istədiyini söyləyib.

Maraqlısı odur ki, qadına sosial şəbəkələrdən böyük dəstək gəlib.