Eldəniz Elnarəni əsəbləşdirdi

Eldəniz Elnarəni əsəbləşdirdi
2002 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanəndə Elnarə Abdullayeva tədbirlərin birində həmkarı Eldəniz Məmmədova əsəbiləşib.

Axşam.az-ın “Şou+”a istinadən verdiyi məlumata görə, müğənni Xatirə İslam, Elnarə Abdullayeva və Eldəniz səhnəyə çıxaraq  birlikdə muğam oxumağa başlayıblar. Xatirənin ifasından sonra daha zildən oxumaq istəyən Eldənizin bu hərəkəti qarşı tərəfi özündən çıxarıb. E.Abdullayeva Eldənizin ünvanına sərt sözlər deyib:

“Səsi olmayanı əzmək lazımdır? Heç kim özünə güvənməsin. Mənim səsim var, amma bu o demək deyil ki, yanımdakını əzəcəm. Həmişə həmkarlarıma deyirəm ki, bu cür hallarda diqqətli olsunlar. Bu düz addım deyildi”.