Aparıcı Günel Hümbətovaya it bağışlayıblar.
Bu haqda Axşam.az saytına açıqlama verən aparıcı çoxdan arzuladığı bu hədiyyəni yaxın dostundan aldığını bildirib:
“Əvvəllər itim olub. Baxa bilmədim deyə saxlamadım. Uzun müddətdir, yenidən almaq istəyirdim. Bir dostum mənə sürpriz edib, gözləmədiyim anda bu iti bağışladı. Erkəkdir, ona ad axtarıram”.