Rəqsanə Moskvada bahalı klip çəkdirdi

Rəqsanə Moskvada bahalı klip çəkdirdi
1609 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova “Aşk” adlı mahnısına klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında ekran işinə çoxlu pul xərclədiyini deyib:

“Klipdə məni 40-a yaxın rəqqas müşayiət edib. Qiyməti yüksək avtomobillərdən istifadə olunub. Çox bahalı işdir”.

Qeyd edək ki, sənətçinin sözləri və musiqisi özünə, aranjimanı Kaan Gökmana aid olan yeni mahnısının klipi sentyabrda nümayiş olunacaq.

Bundan başqa, bölgələrdə xeyriyyə konserti verəcək Rəqsanə yekun olaraq Heydər Əliyev adına Sarayda çıxış edəcək. O, bu tədbirin də eyni məqsədli olacağını bildirib:

“Konsertdə türkiyəli müğənninin iştirakı da gözlənilir. Adını hələ ki, sirr saxlayıram. Bu konsertə də giriş sərbəstdir”.